Roma Papası Aylanın atası ilə görüşdü


Roma Papası Fransisk Muğlada qayığın batması nəticəsində həyatını itirən 3 yaşlı Aylan Kürdinin atası Abdullah Kürdi ilə görüşüb.
Yeniavaz.com
“DHA”ya istinadən xəbər verir ki, Papa Aylanın atası ilə İraqa səfəri zamanı Ərbildə görüşüb. Abdullah Kürdi görüşmə vaxtı Katoliklərin dini lideri qızının şəkli olan tablonu hədiyə edib. Onun sözlərinə görə Papa ona təqdim olunan hədiyyəni görərkən kədərlənərək doluxsunub.
Qeyd edək ki, 3 yaşlı Aylan Kürdi 2015-ci ildə Bodrumda rezin qayığın batması nəticəsində anası və qardaşı da daxil olmaqla 12 suriyalı qaçqınla birgə dünyasını dəyişib.
 

DİGƏR XƏBƏRLƏR

Top