Vaxtilə ölüm cəzası verilmiş sabiq nazir icra nümayəndəsini məhkəməyə verdi


Azərbaycanın keçmiş kənd təsərrüfatı naziri Müzamil İmran oğlu Abdullayev Göygöl  Rayon  İcra  Hakimiyyəti başçısının Göygöl şəhər inzibati ərazi dairəsi üzrə sabiq nümayəndəsi Məmmədov Mirzə Bayraməli oğlu barəsində məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com
xəbər verir ki, məhkəmə iclası 31.03.2021-ci il tarixində Gəncə Kommersiya Məhkəməsinin hakimi Rəşad Məmmədovun sədrliyilə keçiriləcək.
Məlumat üçün bildirək ki, sabiq kənd təsərrüfatı naziri Müzamil Abdullayev uzun illər (14 il) Rusiyada sahibkarlıq fəaliyyətilə məşğul olub və ötən ilin noyabr ayında sahibkarlıq fəaliyyətini dayandırıb. Rusiyada sahibkarlıq fəaliyyətini dayandıran sabiq nazir Azərbaycanda  sahibkarlıq fəaliyyətini davam etdirir.  Sabiq nazir hazırda Vergilər Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində fərdi sahibkar kimi (VÖEN- 7600687182 ) qeydiyyatdadır. 
Qeyd edək ki, 1993-cü ilin iyul ayından 1994-cü ilin oktyabr ayına kimi Azərbaycanın  kənd təsərrüfatı naziri vəzifəsində işləmiş Müzamil Abdullayev 1941-ci ildə Gəncə şəhərində anadan olub. Müzamil Abdullayev işdə ciddi nöqsanlara yol verdiyinə görə Prezident Heydər Əliyevin 15 oktyabr 1994-cü ildə imzaladığı fərmanla tutduğu vəzifədən azad olunub.
1996-ci ildə sabiq nazir “Surət Hüseynov hadisələri”ndə təqsirli bilinərək vətənə xəyanət ittihamı ilə həbs olunub və ölüm hökmü kəsilib. Daha sonra bu hökm ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənib. 1999-cu ildə Prezident Heydər Əliyevin əfv fərmanı ilə azadlığa buraxılıb.
 

DİGƏR XƏBƏRLƏR

Top