Bu bankda işləyənlər “WhatsApp”dan istifadə edə bilməyəcək

Almaniyanın iri bankı “Deutsche Bank” əməkdaşlarına SMS-lə yazışmağı, eləcə də “WhatsApp” tipli messencer tətbiqlərindən istifadə etməyi qadağan edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, qadağaya səbəb bankın elektron poçt üzrə göndərilən məktublardan fərqli olaraq mətn məlumatları arxivləşdirə bilməməsidir. Bankın bəyanatında deyilir: “Biz tam dərk edirik ki, tətbiqin deaktiv edilməsi sizin gündəlik işinizi dəyişdərəcək və bunun doğuracağı narahatçılqlara görə təəssüflənirik. Lakin bu tədbir bankın normativ-hüquqi və qanunvericilik tələblərini yerinə yetirməyə davam etdirməsini təsdiq etmək üçün lazımdır”.

DİGƏR XƏBƏRLƏR

Top