Lavrov: "ABŞ-ın İranla nüvə danışıqlarına qayıtmaq istəyini alqışlayırıq"


“Rusiya, İran və ABŞ-ın nüvə məsələlərinə dair birgə hərtərəfli fəaliyyət planının bərpa edilməsi üçün sinxron addımların atılması mümkündür”. 
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, rəsmi Moskva Vaşinqtonun nüvə sazişi ilə bağlı müsbət addımlarını alqışlayır:
"Bu təcili vəzifəni həll etmək üçün iranlılar və ABŞ-ın atacaqları mərhələli sinxron addımların davam edə biləcəyini düşünürük. Düzdür, bu hələ həyata keçirilməyib, çünki ABŞ-ın özündə də bu məsələnin necə davam edəcəyi barədə müzakirələr aparılır".
Qeyd edək ki, İran hökuməti bildirmişdi ki, ABŞ sankasiyaları dayandırdığı təqdirdə İran nüvə razılaşmalarına geri qayıdacaq. ABŞ isə bu istiqamətdə ilk addımın İran tərəfindən atılmalı olduğunu vurğulamışdı.

DİGƏR XƏBƏRLƏR

Top