Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Özbəkistanın Xarici İşlər naziri Əbdüləziz Kamilovun birgə mətbuat konfransında Qarabağ məsələsinə toxunulub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Çavuşoğlunun tviter səhifəsində məlumat verilib:
“Bu gün bir daha kommunikasiya xətlərinin gücləndirilməsi, müdafiə sənayesi və hərbi təhlükəsizlik əlaqələrimizi, təhsil və mədəniyyət sahəsində əməkdaşlığımız və digər sahələrdəki əlaqələrimizi müzakirə etmək imkanımız oldu. Bununla yanaşı Əfqanıstan, Dağlıq Qarabağ, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı kimi regional və beynəlxalq məsələləri müzakirə etdik və bu sahələrdəki əməkdaşlığımızı genişləndirmək barədə razılıq əldə etdik”.