Yaşar Nurinin ev muzeyindən eynəyi və mobil telefonu oğurlanıb


Mərhum Xalq artisti Yaşar Nurinin şəxsi əşyaları oğurlanıb.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, hadisə mərhumun Novxanıda yerləşən bağ evində qeydə alınıb.

Məlumata görə, bağ evinin bir otağında yaradılmış Ev Muzeyindən Xalq artistinə məxsus eynək, mobil telefon və s. əşyalar oğurlanıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Yaşar Nurinin həyat yoldaşı Rəhimə xanım açıqlamasında məsələ barədə danışmaq istəmədiyini deyib.

Qeyd edək ki, 1951-ci il təvəllüdlü Yaşar Nuri 2012-ci ildə vəfat edib.

DİGƏR XƏBƏRLƏR

Top