Fransanın Azərbaycandakı səfiri Zakari Qross Mingəçevirdə - FOTO


Fransanın Azərbaycandakı səfiri Zakari Qross nümayəndə heyəti ilə Mingəçevirə 2 günlük səfərə gəlib.

Yeniavaz.com xəbər verir ki, qonaqları Mingəçevir şəhəri İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qəbul edib. Görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında müzakirələr aparılıb. İ. İsmayılov Mingəçevirin tarixi, mədəni və sənaye potensialı barədə səfirə məlumat verib. Eyni zamanda bildirib ki, Mingəçevir təhsil-mədəniyyət və digər müasir obyektləri ilə seçilən şəhərdir. Mingəçevir 1 universitet, 2 kollec, müasir peşə məktəbi, Mingəçevir Dram Teatrı, Şahmat, Qalareya Tarix muzeyi və s. barədə və şəhərin gənc bir şəhər olduğunu diqqətə çatdırıb:
"Buna baxmayaraq bu ərazi qədim yaşayış məskəni olub. Arxeloji qazıntılardan göründüyü kimi burada 4-5 min illik əvvəl burada yaşayış burada yaşayış olub. Tapılan eksponatların böyük hissəsi şəhəri tarix muzeyində saxlanılır. 1948 noyabr 11 də şəhər statusu alıb. 2015 ci ildən Mingəçevirdə Yüksək Texnologiyalar parkı fəaliyyət göstərir”.
İcra başçı səfirə digər sənaye obyektləri barədə də məlumat verib. Qonağa Mingəçevirin Kür avarçəkmə bazasından, şəhər stadionu, şahmat məktəbi və şəhərin turizm potensialından da bəhs edib. Bildirib ki, iki tərəfli əməkdaşlıq üçün Mingəçevirin geniş potensialından istifadə etmək olar:
"Fransız iş adamları Mingəçevirə diqqət yönəldə bilər və bura investisiya yönəldə bilərlər. Sənaye inkişafı baxımından Mingəçevir çox əlverişlidir. Hətta tək sənaye ilə yox, turizmlə bağlı da geniş imkanlar var.  Hətta sənayenin və turizmin inkişafı üçün artıq dövlət səviyyəsində Mingəçevir üçün layihələr hazırlanır və yaxşı olar ki, fransız iş adamları bu layihələrdə iştirak etsin".
Səfir səmimi görüşə görə minnətdarlıq bildirib və Mingəçevirin təmizliyi, yaşıllığı və sakit bir şəhər kimi çox bəyəndiyini vurğulayıb. Həmçinin qeyd edib ki, iki gün ərzində mingəçevirlə yaxından tanış olacaq Azərbaycanda fəaliyyət göstərən fransız şirkətlərinin iş adamları və müşavirləri ilə görüşəcək burda səslənən fikirləri onların nəzərinə çatdıracağını bildirib.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top