Ermənistanın ilk prezidenti də Qasparyanın tərəfinə keçdi


Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan baş qərargah rəisi Onik Qasparyanın tərəfində olduğunu açıqlayıb.
Yeniavaz.com
“Sputnik Armenia”ya istinadla xəbər verir ki, Levon Ter-Petrosyan bununla bağlı açıqlama yayıb. O bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanın baş nazir Nikol Paşinyanla bağlı yaydığı bəyanata qoşulur:
 “Bəzi qüvvələrin ordunu konstitusiyaya zidd hərəkətlərə təhrik etmək çağırışlarına cavab olaraq hərbçilərin təmkinli davranışlarını alqışlamaq istəyirəm. Ordu rəhbərliyinin bu davranışını dövlət düşüncəsinin nümunəvi təzahürü, ölkəni dağıdıcı zərbələrdən qurtarmaq üçün dürüst bir addım hesab edirəm. Bu hal bütün xalqımızın səmimi təşəkkürünə layiqdir”.
Xatırladaq ki, Onik Qasparyan Paşinyanın istefasını tələb edən bəyanat yaymışdı. Daha sonra Paşinyan Qasparyanın istefaya göndərilməsi üçün fərman imzalamışdı. Ancaq, Ermənistan prezidenti Armen Sarkisyan həmin fərmanı imzalamaqdan imtina etmişdi.
 

DİGƏR XƏBƏRLƏR

Top