Almaniyada 2 millət vəkili maska ticarətinin üzə çıxmasından sonra istefa verdi


Almaniyada Xristiyan Demokratik Birlik partiyasının millət vəkili Nikolos Lobel və Xristiyan Sosial Birlik partiyasının millət vəkili Corc Nüssleyn istefa edib.
Yeniavaz.com
“Sözcü”yə istinadən xəbər verir ki, onların Almaniyada COVID-19 ilə mübarizə çərçivəsində maskaların satışında nüfuzlarından istifadə etmələri və satışdan yüz minlərlə avro qazandıqları iddia olunub.
Nikolos Lobelin maska ticarətindən 250  min avro qazandığı bildirilib. Lobel partiyasına zərər gəlməməsi üçün istefa verib.
Qeyd edək ki, hər iki millət vəkili də sentyabrda keçiriləcək federal parlament seçkilərinə namizədliklərini irəli sürməyəcəklərini bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top