Əməkdar artist Səlim Abbasovun anası Laləgül xanım dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, bu haqda musiqiçi Axşam.az-a açıqlamasında deyib. O bildirib ki, anası şəkərli diabetdən əziyyət çəkirmiş:
"Nə anama, nə atama kömək edə bildim. Atam öləndə xaricdə idim. Bu həyatda onlar üçün yaşayırdım. Bu dərdi çəkə bilmərəm. Mənim üçün artıq hər şey bitdi".
Qeyd edək ki, Səlimin atası üç gün əvvəl koronovirus infeksiyasından dünyasını dəyişib. Anası isə dünən Zığda yerləşən koronavirus əleyhinə modul tipli xəstəxanaya yerləşdirilmişdi.
***11:25
Əməkdar artist Səlim Abbasovun üç gün əvvəl koronavirusdan vəfat edən atası Vaqif Abbasovdan sonra anasının vəziyyəti də ağırlaşıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə tanınmış skripka ifaçısı öz instaqram səhifəsində məlumat verib. O, anasının həyatının təhlükədə olduğunu, yaşamaq uğrunda mübarizə apardığını vurğulayıb.S. Abbasov qeyd edib ki, valideyni Zığda yerləşən modul tipli xəstəxanada müalicə olunur.