Tovuzda yol qəzası şəhərin yarısını qazsız qoydu - FOTO


Tovuz şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, idarəetməni itirən “Opel” markalı avtomobil qaz borusuna çırpılıb. Nəticədə şəhərin yarıdan çox hissəsinə təbii qazın verilişi dayanıb.

Yol qəzasında sürücü xəsarət almasa da avtomobilə ciddi ziyan dəyib.

Hazırda qaz xəttində yaranan problemin aradan qaldırılması istiqamətində işlər aparılır.

DİGƏR XƏBƏRLƏR

Top