Məşhur türk aktyor Rasim Öztekin vəfat edib


Türkiyəli məşhur aktyor Rasim Öztekin vəfat edib.

Yeniavaz.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə xəbəri səhiyyə naziri Fahrettin Koca sosial şəbəkə vasitəsilə açıqlayıb.
“Serial, teatr və kino aktyoru Rasim Öztekin keçirdiyi infarktdan sonra Dr. Siyami Ersek Ürək və Damar Cərrahiyyəsi Təhsil və Araşdırma Xəstəxanasında göstərilən bütün müdaxilələrə baxmayaraq, həyatını itirib. Televiziya olan hər evdə ailədən biri idi. Başımız sağ olsun”, - nazir belə yazıb.

DİGƏR XƏBƏRLƏR

Top