Qərb rayonlarına yağ qar nəticəsində, xüsusən dağlıq ərazilərdə nəqliyyatın hərəkətində problemlər yaranıb.
DİN-nin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, Gədəbəy rayonu istiqamətində hərəkətdə olan qoşqulu yük maşını yolların buz bağlaması nəticəsində hərəkət qabiliyyətini itirərək yolda qalıb.
Dərhal ərazidə xidmət aparan Gədəbəy RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları hadisə yerinə gələrək müəyyən tədbirlər həyata keçirib. YPX əməkdaşlarının gördüyü təhlükəsizlik tədbirləri nəticəsində yolun müəyyən bir hissəsi bir müddətlik hərəkətə bağlanıb, asfalt örtüyünün qardan təmizlənməsi üçün müəyyən işlər görülüb. Nəticədə yük maşını hərəkətini bərpa edərək yoluna davam edə bilib.
Vüqar Nəbiyev, Gəncə