Azərbaycanda xərçəng yaradan şokolad yağları satılır

Xəbər verdiyimiz kimi, İtaliyanın "Ferrero” şirkətinin "Nutella” şokolad yağları xərçəng təhlükəsi səbəbindən vitrinlərdən yığışıdırılmağa başlayıb. Səbəb isə tərkibində təhlükəli olduğu bildirilən palma yağının olmasıdır. Son zamanlarda "Ferrero" şirkəti palma yağının təhlükəli olmaması barədə reklam çarxları yayımlasa da, İtaliyada bir sıra mağazalar "Nutella"nın satışını dayandırdıqlarını açıqlayıb.

Bəs Azərbaycanda "Nutella” şokolad yağlarının satışı dayandırıla bilərmi?

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxlayıb. Ekspert bildirib ki, Azərbaycanda aidiyyəti qurumla təcili şəkildə "Nutella”nın ekspertizasını aparmalıdır: "Əgər İtaliyanın "Ferrero” şirkətinin "Nutella” şokoladlarının xərçəng təhlükəsi səbəbindən yığışdırılması ilə bağlı informasiya varsa, məmurlar da bundan xəbərdardırsa, mütləq tez bir zamanda bu yağlar satışdan yığışdırılmalıdır. Biz də təmənnasız olaraq bu işə kömək etməyə hazırıq. Ümumilikdə isə müasir texnologiya ilə hazırlanan mallarda bəzi belə inqrediyentlər qarışdırılır. Ona görə belə hallar baş verə bilər. Amma ekspertizaya aparılmalıdır ki, Azərbaycana gətirilən mallar İtaliyadan gətirilən həmin partiyadandır ya yox. Analizlər aparıldıqdan sonra qərar qəbul oluna bilər. Əgər İtaliyadan olan partiyadan olsa, o zaman satışdan yığışdırıla bilər”.

E.Hüseynov Azərbaycanda "qida təhlükəsizliyi” haqda qanunun yoxluğuna da diqqət çəkib: "Məlum olduği kimi, bizdə "Qidanın Təhlükəsizliyi” haqda qanun yoxdur. Bu günlərdə məhz beynəlxalq "FAO” adlı təşkilata məktub yazmağa hazırlaşıram ki, bu cür qanunun qəbul olunması barədə iş görülsün. Həmçinin bizdə təhlükəli malların geri qaytarılması məsələsi yoxdur”.

Birliyin sədri onu da əlavə edib ki, "Nutella” şokoladlarınının tərkibində olan palma yağı təhlükəlidir: "Texniki və qida üçün olan palma yağları var. Avropada da qida üçün olan yağlar satılır. Amma texniki məqsədlərlə hazırlanmış yağların qidada istifadəsi yolverilməzdir”. BakiPost.az

DİGƏR XƏBƏRLƏR

Top