“Sumqayıt” “Sabah”la bərabərə qaldı


Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turunun ilk oyununda "Sabah" "Bank Respublika Arena"da "Sumqayıt"ı qəbul edib.
FIFA referisi Əliyar Ağayevin idarə etdiyi görüşdə hesabı 34-cü dəqiqədə meydan sahiblərinin cinah oyunçusu Təmkin Xəlilzadə açıb.
70-ci dəqiqədə isə qonaqların müdafiəçisi Cəmaləddin Xocaniyazov bərabərliyi təmin edib.
Görüş heç-heçə ilə yekunlaşıb - 1:1.
Beləliklə, "Sumqayıt" 25 xalla 4-cü, ardıcıl 6-cı oyunda qələbəyə həsrət qalan "Sabah" 16 xalla 8-ci pillədə qalıb.
Qeyd edək ki, saat 18:15-də "Neftçi" - "Keşlə", martın 9-da isə "Qəbələ" - "Səbail" və "Zirə" - "Qarabağ" görüşləri keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top