Serbiya baş naziri: “Ölkədə dövlət çevrilişinə cəhdə hazırlaşırlar”


Serbiya baş naziri Ana Brnabiç ölkədə dövlət çevrilişinə cəhd olduğunu açıqlayıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Brnabiç ölkə prezidenti Aleksandar Vuçiç və ailəsinin qanunsuz dinlənmələrini dövlət çevrilişinə cəhd adlandırıb. Onun fikrincə, çevrilişə hakim partiyanın rəsmiləri və Daxili İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri cəlb olunur. Brnabiç hadisənin təcili araşdırılmasının vacibliyini vurğulayıb.
Xatırladaq ki, 7 martda Serbiya Daxili İşlər Nazirliyinin rəhbəri Aleksandr Vulin ölkə prezidenti və ailə üzvlərinin qanunsuz olaraq 1500 dəfədən çox dinlənildiyini açıqlamışdı.
 


 

DİGƏR XƏBƏRLƏR

Top