
“Biz, 14 martda, saat 20:00-da "Zoom" proqramı vasitəsilə Qarabağ Azərbaycan Platforması və Azərbaycan Gənclik Platformasının təşkilatçılığı ilə Qarabağ İnkişaf Forumu keçirəcəyik”.
Bu sözləri Yeniavaz.com-a danışan İlkin Namazlı deyib. O bildirib ki, forumun keçirilməsində məqsəd Qarabağ regionunun inkişafı ilə bağlı müzakirələr aparmaqdır:
“Qarabağ regionunda olan sosial-iqtisadi, turizm, ictimai-mədəni sferada, həm perspektiv istiqamətlərinin inkişafına təkan göstərmək məqsədilə, həm də cəmiyyətə vətənpərvərlik ruhunun aşılanması məqsədilə 1000 nəfərin bir araya toplaşdığı forum olacaq. Dəvət etdiyimiz insanlar xüsusilə dövlət qurumlarının nümayəndələridir. İki gündür qeydiyyat prosesinə başlamışıq və artıq 600 nəfərin qeydiyyatı aparılıb. Müraciətlər çox olduğu üçün “youtube” vasitəsilə canlı yayım da edə bilərik. 2-3 aydan bir forumu keçirməyi düşünürük”.
İlkin Namazlı bildirib ki, forumda Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, “CNN Türk”ün müxbiri, Vətən müharibəsinin aktiv jurnalistlərindən Fulya Öztürk və "National Geographic" jurnalının tanınmış foto-jurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Rza Diqqəti də iştirak edəcək.