
Azərbaycan hərbçilərinin Ermənistanın Qafan şəhərində çəkdiyi videoya bu ölkənin Milli Təhlükəsizlik Xidməti münasibət bildirib.
Yeniavaz.com “armenianreport” portalına istinadən bildirir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti sosial şəbəkələrdə yayılan videonun həqiqət olduğunu və bir ay əvvəl çəkildiyini təsdiqləyib.
Məlumatda bildirilir ki, sosial şəbəkələrdə yayıılan video Ermənistan vətəndaşları arasında panika yaradıb. Milli Təhlükəsizlik Xidmətindən verilən açıqlamada qeyd olunub ki, çəkiliş bir ay əvvəl Rusiya sülhməramlılarının müşayiəti ilə sərhədçilərin üçtərəfli işçi qrupunun görüşündə iştirak etmək üçün əvvəlcədən razılaşdırılmış marşrutla hərəkət edən Azərbaycan hərbçiləri tərəfindən aparılıb.