Bu gün Paşinyana qarşı bəyanat yayan 124 erməni hərbçisi nəzarətə götürüldü


Ermənistanda baş nazir Nikol Paşinyana qarşı çıxan erməni hərbçilər hərbi polis tərəfindən nəzarətə götürülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilib ki, onlardan Paşinyana qarşı yaydıqları bəyanatı geri götürmələri tələb olunub. Daha sonra həmin hərbçilərin Paşinyanın əleyhinə çıxmaqdan imtina etdikləri deyilib.
Xatırladaq ki, bu gün 124 erməni hərbçisi Baş Qərargah rəisi Onik Qasparyanın tərəfində olduqlarını və Paşinyanın istefasını tələb etdiklərini bildirmişdilər.

DİGƏR XƏBƏRLƏR

Top