"Kimin performansı zəifdir yarışmadan kənarlaşdırılır" - "O ses Türkiye"nin iştirakçısı

"Bir azərbaycanlı olaraq "O ses Türkiye"də Azərbaycanın adından çıxış edirəm. Aynişan xanımın bu yarışma haqda saytlara yalnış məlumat verməsi doğru deyil". Bu sözləri "Yeniavaz.com" saytına açıqlamasında hazırda yarışmanın iştirakçısı olan Ozan Əhmədov deyib. Gənc müğənninin sözlərinə görə, kimin performansı zəifdirsə, o yarışmadan kənarlaşdırılır: "Hal-hazırda "O ses Türkiye"də 3 azərbaycanlı - mən, Mehman Tağıyev və Pərvaz İbrahimov iştirak edirik. Biz, sözün əsl mənasında qardaş Türkiyədən qayğı və diqqət görürük. Sabah mən də yarışdan çıxa bilərəm. Bu o demək deyil ki mənə ədalətsizlik edilir". Qeyd edək ki, Aynişan Quliyeva "O ses Türkiye" yarışmasında azərbaycanlılara qarşı haqsızlıq olduğunu bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top