Yol polisi qadın sürücüləri təbrik etdi - FOTOLAR


Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən ölkə ərazisində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbirlər keçirilir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, bu məqsədlə sürücülərlə maarifləndirici söhbətlər aparılır və əməkdaşlar tərəfindən xanım sürücülərə hədiyyələr təqdim olunur. Xanımlar onlara göstərilən diqqətə görə yol polislərinə təşəkkürlərini bildiriblər.
Qurum rəsmisi qeyd edib ki, münasibəti ilə təşkil olunan tədbirlər gün ərzində davam etdiriləcək. //APA


DİGƏR XƏBƏRLƏR

Top