
Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin sakinləri qəsəbənin qəbristanlığı yerləşən əraziyə çirkab suların axıdıldığını bildiriblər.
Sakinlər bunu əks etdirən kadrları Yeniavaz.com-a təqdim ediblər. Onlar bildirirlər ki, qəbristanlıqdakı məzarlar suyun içindədir.
Həmin kadrları təqdim edirik: Sumqayıt Şəhər İcra Hakimiyyətindən Yeniavaz.com-a bildirilib ki, hal-hazırda sözügedən ərazidə belə bir hal yoxdur:
“Bu video görüntülərin nə zaman çəkilməsi ilə bağlı məlumatımız yoxdur. Ancaq deyə bilərik ki, hazırda qeyd olunan ərazidə bu hal müşahidə olunmur. Onu da qeyd edək ki, ərazidə qrunt sularının yığılmaması üçün torpaqlama və digər işlər həyata keçirilib".