Azərbaycana gələn əcnəbilərin sayı azalsa da, xərclədikləri pul daha çox olub


2021-ci ilin yanvar ayında Azərbaycana dünyanın 105 ölkəsindən 36,1 min nəfər və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,3 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ölkəmizə gələn xarici vətəndaşların sayı son bir ildə kəskin azalsa da, onların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi artıb.
Ötən ilin yanvar  ayında Azərbaycana 226,2 min əcnəbi gəlib və onların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri  85,2 milyon manat olub. Bu ilin yanvar ayında isə Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsi ilə 25 milyon manat xərcləyiblər.
Rəqəmlərdən də göründüyü kimi, ötən ilin yanvar ayında Azərbaycana gələn xarici vətəndaşların hər biri bank kartları vasitəsi orta hesabla 376,6 manat pul xərclədikləri halda, bu ilin yanvar ayında əcnəbilərin hər biri bank kartları vasitəsi orta hesabla 692,5 manat xərcləyiblər.

DİGƏR XƏBƏRLƏR

Top