Türkiyənin Bitlis şəhərində atışma olub, 2 hərbçi şəhid olub, 2-si yaralanıb

Türkiyənin Bitlis şəhərində PKK terrorçularına qarşı aparılan əməliyyat zamanı 2 hərbçi şəhid olub, digər ikisi isə yaralanıb. “Hürriyet”in verdiyi məlumata görə, bu barədə Bitlis Şəhər Valiliyindən bildirilib. Valilikdən qeyd olunub ki, atışma zamanı yaralanan iki hərbçinin həyatı üçün ciddi təhlükə yoxdur: “Hazırda bölgədə PKK-ya qarşı aparılan əməliyyat tədbirləri davam edir. Təhlükəsizlik qüvvələri insanların rahat şəkildə yaşaması üçün terrorçularla mübarizəsini qətiyyətlə davam etdirəcək”.Report

DİGƏR XƏBƏRLƏR

Top