Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkar edilib - FOTO


Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları erməni hərbçilərin ataraq qaçdığı silah-sursat aşkarlayıblar.

Bu barədə Yeniavaz.com-a DİN-dən məlumat verilib.
Bildirilib ki, iki ədəd “Foqot” qurğusu, 35 ədəd müxtəlif növ qumbara, 171 ədəd müxtəlif növ mərmi, 8050 ədəd müxtəlif çaplı patron, avtomat üçün sandıqlar və digər döyüş sursatları aşkar edilərək götürülüb.

DİGƏR XƏBƏRLƏR

Top