
Bir qrup erməni hərbçi Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanın tərəfində olduğunu açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. Bildirilib ki, 120-dən çox erməni hərbçi Onik Qasparyana dəstək olduğunu deyib.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qasparyanın istefaya göndərilməsi ilə bağlı fərman imzalayıb. Ancaq, Ermənistan prezidenti həmin fərmanı imzalamayıb.
Tətbiqimizi yükləyə bilərsiniz