
Husi qruplaşması Səudiyyə Ərəbistanını o cümlədən “Saudi Aramco” neft şirkətinin müəssisələrini kütləvi ballistik raket atəşinə tutub.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, hücum ballistik raket və pilotsuz uçan aparatlar vasitəsilə aparılıb. Ən böyük raket zərbələri neft göndərilən dünyanın ən böyük limanlarından biri olan Ras Tanurdakı “Saudi Aramco” şirkətinin infrastrukturuna vurulub.