İsveçrə müsəlman qadınlarının geyindikləri niqabı qadağan edib.
Yeniavaz.com BBC-yə istinadla xəbər verir ki, niqabla bağlı qanun bazar günü keçirilən referendumda qəbul edilib.
İsveçrədə yaşayan müsəlmanlar bunu "qara gün" adlandırıblar.
"Qərar köhnə yaraları açır, hüquqi bərabərsizlik prinsipini daha da genişləndirir və müsəlman azlıqlara açıq bir təcrid xəbərdarlığı edir" deyən Mərkəzi Müsəlmanlar Şurası məhkəməyə müraciət edərək qərara etiraz edəcəklərini bildirib.
Xatırladaq ki, “Luzern” universitetinin apardığı araşdırmaya görə, İsveçrədə çox az sayda qadının niqab taxır, 8,6 milyonluq İsveçrə əhalisinin təxminən 5 faizi isə müsəlmandır.