“Brent” markalı neftin qiyməti 71 dolları ötüb


Dünya birjalarında neft qiymətləri bahalaşır.

Yeniavaz.com xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 2,85 faiz bahalaşaraq 71,34 dollar təşkil edib. Son dəfə “Brent” markalı neftin qiyməti ötən ilin yanvarında 71 dollardan yüksək olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 2,81 faiz bahalaşaraq 67,95 dollar olub.

DİGƏR XƏBƏRLƏR

Top