Quba, Xaltan və, Şabranda yağış, Xaçmaz, Qusar və Şahdağda qar yağır - FAKTİKİ HAVA


Ölkə ərazisindəki faktiki hava açıqlanıb. 
Milli Hidrometeorologiya Xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, martın 7-si  saat 19:00-a olan məlumatına əsasən səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, güclü şimal-qərb küləyi əsir.
Küləyin maksimal sürəti  Salyan, Neftçalada 28 m/s, Tərtərdə 25 m/s, Qəbələdə 24 m/s,  Naftalanda 23 m/s, Nabran, Quba, Ağstafa, Beyləqan, Xaçmazda 20 m/s, Biləsuvar,  Balakəndə 18 m/s, Hacıqabul, Yardımlı, Ağdamda 16 m/s, Şəkidə 15 m/s, Maştağa, Bakıda 35 m/s, Qum adasında 33 m/s, Sumqayıtda 30 m/s, Neft Daşlarında 29 m/s, Ələt, Pirallahıda 28 m/s, Çilov adasında 26 m/s, Binədə 24 m/s-dək güclənib. 
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 6 metrə çatıb. 
Quba, Xaltan, Şabranda yağış, Xaçmaz, Qusar, Şahdağda qar yağır.

DİGƏR XƏBƏRLƏR

Top