2 şagird buraxılış imtahandan xaric edilib


Bu gün ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlər üçün keçirilən buraxılış imtahanında 2 şagird imtahandan xaric edilib.
Bu barədə Yeniavaz.com-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. 
İlkin məlumatlara əsasən 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.
Qeyd edək ki,  DİM bu gün  respublikanın 24 şəhər və rayonunda isə ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirib 

DİGƏR XƏBƏRLƏR

Top