Külək Bakıda daha bir məktəbin damını uçurdu - FOTOLAR


Bakıda əsən güclü külək nəticəsində 319 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub.
Bu barədə Yeniavaz.com-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
Qeyd edilir ki, digər bir neçə məktəbin həyətində isə ağacların aşması, xüsusi konstruksiyaların zədələnməsi halları müşahidə olunub.
Müvafiq təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı xəbərdarlıq olunub. Hava şəraiti imkan verən kimi küləyin törətdiyi fəsadların aradan qaldırılması təmin ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top