Erməni terrorundan zərərçəkənlər: “Bizə prezidentə məktub yazdırdılar ki, icra başçısından razıyıq” - VİDEO



44 günlük Vətən müharibəsi zamanı erməni terroru nəticəsində Gəncədə evləri dağıdılan vətəndaşlar hələ də onlara dövlət tərəfindən ayrılan kompensasiyanı ala bilməyiblər.
Yeniavaz.com
xəbər verir ki, “azadlıq radiosu”na danışan zərərçəkənlərdən Vüsalə Əliyeva iddia  edir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov əvvəlcə onlara kompensasiyanın ödəniləcəyini vəd edib. Vüsalə Əliyevanın sözlərinə görə icra hakimiyyətinin əməkdaşı Tural İbrahimov onlara icra başçısından narazı olmamaları ilə bağlı Prezident İlham Əliyevin adına məktub yazdırıb. O bildirir ki, icra hakimiyyəti daha sonra verdiyi vədi yerinə yetirməyib.
Digər zərərçəkənlər Əli Əliyev və Rübabə Cəfərova da eyni problemi yaşadıqlarını bildiriblər. Onlar problemləri həll olunmasa yaxın günlərdə aidiyyatı qurumlara müraciət etmək üçün Bakıya gedəcəklərini deyiblər.
İcra hakmiyyətinin əməkdaşı Həsən Məmmədov isə, çətin olsa da vətəndaşları səbrli olmağa dəvət edib.

DİGƏR XƏBƏRLƏR

Top