Dünyada ötən sutka koronavirusa 353 mindən çox yoluxma qeydə alınıb


Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 353 mindən çox artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 353 528 nəfər yeni koronavirusa yoluxub, 7 192 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 115 653 459, ölənlərin isə 2 571 823 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.//trend

DİGƏR XƏBƏRLƏR

Top