YAP-a birləşdiyi deyilən partiya sədrindən AÇIQLAMA - "Haqqımda xoşa gəlməz..."


"05.03.2021 tarixində, Azərbaycan Respubilkasının Prezident aparatının, Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin dəvəti ilə, Yeni Azərbaycan Partiyasının qurultayında iştirak etdim. Öncə onu deyim ki, müassir çətinliklər nəzərə alınaraq, qurultay çox yüksək səviyyədə keçirildi. Edilən çıxışların əksəriyyəti qəlbimcə oldu".
Yeniavaz.com xəbər verir ki, bunu dünən YAP-a birləşdiyi elan olunan Azərbaycan Xalq Demokratik Partiyasının sədri Rafiq Turabxanoğlu sosial şəbəkədəki hesabında yazıb.
Rafiq Turabxanoğlu qeyd edib ki, qurultayda ölkə prezidenti və YAP sədri İlham Əliyevin hər tərəfli siyasi manevrilərlə əhatə olunmuş nitqi, sadəçə bir ölkə vətəndaşı olaraq qəlbimi fərəhləndirdi, sabahımıza olan inamımı daha da artırdı: "Xüsusi olaraq qeyd edim ki, təmsilçisi olduğum Azərbaycan Xalq Demokratik Partiyası adından, Yeni Azərbaycan Partiyasının bu qurultayında seçilmiş rəhbər orqan nümayəndələrinə uğurlar diləyir, qarşıya qotduqları məqsədə çatmalarını arzulayıram.
Bir haşiyə çıxmağı da vacib saydım ki, sosial şəbəkədə bəzi adamlar, haqqımda xoşa gəlməz hədiyanlar da danışırlar və bunu sensasiya yaratmaq xatirinə etdiklərini nəzərə alaraq çox da qabardmıram. Amma, "bu sensasiyaya xalqımızın ehtiyacı varmı?" sualına hələ ki cavab tapa bilmirəm".
Sosial şəbəkə istifadəçiləri Rafiq Turabxanoğludan YAP-a birləşib-birləşmədiklərini soruşub. Partiya sədri qeyd edib ki, Prezident qrultayda təklif etdi ki, YAR üç ay müddətinə yeni proqram hazırlayıb təsdiq etsin: "O proqram səviyyəli hazırlanarsa buna söz ola bilməz. İndisə müxtəlif versiyalar üzərə söhbət gedir".

 

DİGƏR XƏBƏRLƏR

Top