Dövlət Komitəsində şəhid qardaşı işlə təmin edildi

Vətən müharibəsinində şəhid olan Ülvi Hacıyevin qardaşı onun çalışdığı Dövlət Gömrük Komitəsində işlə təmin olunub.

Yeniavaz.com Oxu.az-a istinadən xəbər verir ki, bu barədə DGK-nin sədri Səfər Mehdiyev əmr imzalayıb.

Əmrə əsasən, Nicat Hacıyev qurumun Baş Dövlət Gömrük İdarəsində işlə təmin edilib.
Qeyd edək ki, Ü.Hacıyev döyüşə könüllü yazılıb.

“Vətən uğrunda” medalı ilə təltif olunan Ülvi Hacıyev İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.
Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin inzibati binasında Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gömrük xidməti əməkdaşı Ülvi Hacıyevin xatirəsini əbədiləşdirmək üçün büstü qoyulub.

DİGƏR XƏBƏRLƏR

Top