"Mingəçevirdə 80 nəfərdən çox qadın rəhbər işdə çalışır"


Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə video formatda qadınları təbrik edib.

Qadınları təbrik edən icra başçısı başda şəhid anaları olmaqla təbriklərini çatdırıb. Bildirib ki, bütün dünyada qadınlarımız kişilərlə bərabər bütün sahələrdə çalışır, öz əməklərini şərəfli işlərə sərf edir:
"Bu gün müstəqil Azərbaycan cəmiyyətində xanımlarımızın normal fəaliyyəti üçün lazımi şəriat yaradılmış, onlar dövlət səviyyəsində diqqət və qayğı ilə əhatə olunmuşlar. Onlar bütün dövlət strukturlarında layiqincə təmsil olunurlar, bacarıq və qabiliyyətlərinə uyğun cəmiyyətdə öz yerlərini tuturlar. Bu gün ölkə Prezidenti cənab İlham Əliyev də öz fəaliyyətində qadınlara xüsusi diqqət ayırır. Bildirmək istəyirəm ki, yola saldığımız ötən ildə pandemiya ilə bağlı çətinliklər olsa da Mingəçevirin sosial-iqtisadi həyatında xüsusi inkişaf ili olmuşdur. Mingəçevir şəhərində aparılan işlərdə, bu uğurların qazanmasında qadınlarımızın da böyük fəallığı olmuş, uğurlu nəticələrimizin sevincində onların da payı vardır. Qeyd etmək istərdim ki, şəhərin ictimai-siyası həyatında qadınlarımız həmişə fərqləniblər. Şəhər əhalisinin 52%-ə qədəri qadınlardır. Onlardan 20%-dən çoxu işləyir. 1000 nəfərdən çox qadın sahibkarlıq fəliyyəti ilə məşğuldur. Ali təhsil müəssisələrimizdə 25 nəfər alim-qadın fəaliyyət göstərir. 5 nəfər qadın QHT lideri kimi ictimai işlərdərir. Bundan başqa şəhərin təhsil, səhiyyə, mədəniyyət müəssisələrində çalışanların əksəriyyətini qadınlar təşkil edir. Onların çoxu dövlət səviyyəsində fəxri adlara və medallara layiq görülmüşlər. Mingəçevir şəhərinin həyatında qadınlarımızın rolu əhəmiyyətlidir. Buna görə sizlərin hər birinizə dərin minnətdarlığımı bildirirəm”.
Daha sonra icra başçısı çıxışçılara söz verib.
YAP Mingəçevir şəhər Təşkilatının Qadınlar Şurasının sədri Nurcamal Məmmədova, MDU Humanitar Elmlər Kafedrasının müdiri Esmira Cəfərova, Uşaq Gənclər İnkişaf Mərkəzinin diraktoru Ədalət Quliyeva, 10 saylı uşaq baxçasının müdiri Nətavan Cəfərova çıxış edərək təbriklərə görə minnətdarlıq bildirib, şəhərdə görülən işlərlə bağlı öz təlkif və rəylərini bildiriblər.
Sonda icra başçısı ölkənin  I Vitse Prezidenti Mehiran xanım Əliyeva başda olmaqla bütün qadınların bayramını təbrik edib.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top