Dirsək qaralması və çatlamasına qəpik-quruşluq çarə


Vazelin amerikalı kimyaçı tərəfindən təsadüfən kəşf edilmişdir və bir çox sahələrdə faydalı məhsul hesab edilir.
Yeniavaz.com
xəbər verir ki, 1859-cu ildə kəşf edilən məhsul ilk olaraq “neft geli” adı ilə satışa çıxarılıb, daha sonra isə vazelin kimi tanınıb. Hal-hazırda istənilən aptekdə qəpik-quruşa satılan məhsul güclü nəmləndirmə xüsusiyyətinə sahib olduğundan əsasən dəri qulluqlarında istifadə edilir. Vazelin dəridə quruluğun qarşısını alır, nəmləndirir və çatları aradan qaldırır. Xüsusilə kompüter qarşısında çox çalışan şəxslərin rastlaşdığı dirsəklər qaralması və dirsəklərdəki çatlara müsbət təsir edir. Eyni zamanda daban və dodaqda yaranan çatları da aradan qaldırır. Dırnaqların daha güclü və parlaq olmasını təmin edir. Saç diblərinə az miqdarda tətbiq edildiyində tökülmə və qırılmaların qarşısını alır. Az miqdarda və düzgün istifadə edildikdə dəridə sızanaqların əmələ gəlməsinin qarşısını alır. Əks halda yağlı məhsul olduğundan dəridə daha çox sızanaqlar yarana bilər. Bununla yanaşı vazeli saçdakı bitlərin də təmizlənməsində köməkçi olur. Bunun üçün saça vazelin çəkib 1 saat gözləmək lazımdır. Göz altındakı qırışları aradan qaldırmaq üçün yatmazdan əvvəl nazik təbəqə şəklində vazelin tətbiq edə bilərsiniz. Qaşlarınıza və kirpiklərinizə mütəmadi olaraq vazelin vurursanız, qaşlarınız qalınlaşacaq və tökülmənin qarşısı alınacaq, kirpikləriniz isə daha uzun və parlaq olacaq. Əgər istifadə etdiyiniz ətrin qalıcı olmasını istəyirsinizsə, ətiri vurmazdan önə nazik təbəqə şəklində həmin nahiyyəyə vazelin çəkə bilərsiniz. Günəş yanıqları zamanı vazelini  zeytun yağı ilə qarışdırıb  həmin hissələrə çəkmək yanıqların tez zamanda sağalmasına səbəb olur.

DİGƏR XƏBƏRLƏR

Top