Yol polisinə 290 min manatlıq yeni cihazlar alınır


Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (DYP) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, tender müsabiqəsinin qalibi “AN Global Services And Trading Ltd” MMC olub.
“AN Global Services And Trading Ltd” MMC DYP-yə onların xidməti istifadəsində olan xüsusi nəzarət-ölçü cihazları satacaq. DYP əsasən stasionar və mobil qaz analizi, həmçinin alkoqol analizi cihazları alıacaq. Bunlardan başqa şüşə şəffaflığını və səsi ölçən cihazlar da alınacaq. Alınacaq cihazlar üçün DYP qalib şirkətə ümumilikdə 290 min 270 manat 9 qəpik ödəyəcək.
Qeyd edək ki, DYP ötən ilin may ayında da bu şirkətdən 277 min manat dəyərində müxtəlif təyinatlı cihazlar satın alıb.  
Onu da bildirək ki, tenderin qalibi olan şirkət barədə açıq internet resurslarda geniş məlumat mövcud deyil. Bu şirkətin adına yalnız DYP-nin keçirdiyi tender müsabiqələrində rast gəlmək olur. 
“AN Global Services And Trading Ltd” MMC 22.12.2015-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı  Xətai rayonu, Babək pr. Ev 76. M. 123-də yerləşən MMC-nin nizamnamə kapitalı 500 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Nəcəfov Nəcəf Məmməd oğludur.

DİGƏR XƏBƏRLƏR

Top