Polkovnikin xanımını qəzadan əvvəl polis saxlayıb?

Azərbaycan Dövlət İqtisad Universitetinin ''İnformatika'' kafedrasının müəllimi, polkovnik-leytenant Asif İsmayılovun xanımı Sevda ismayılovanın öldüyü qəza ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi açıqlama verib.

Ölkə.Az-a danışan qurumun ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, qəza ilə bağlı yayılan məlumatlar əsassızdır.

Bölmə rəisinin sözlərinə görə, hadisədən əvvəl xanım sürücü yol polisi tərəfindən saxlanılmayıb. Hadisə zamanı da sənədlər avtomobildə olub və oğlu tərəfindən polislərə təqdim olunub.

Vaqif Əsədov bildirib ki, hazırda faktla bağlı Binəqədi Rayon polis İdarəsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, elə sözügedən sayt hadisədən bir müddət əvvəl Sevda İsmayılovanın avtomobilinin DYP tərəfindən saxlanılması ilə bağlı məlumat yaymışdı. Bildirilirdi ki, dərsə tələsdiyindən xanım sənədləri polisə verərək işə gedib: "Yolda isə həyat yoldaşı ilə telefonla danışdığına görə qarşı tərəfə çıxıb. Nəticədə qəza baş verib.

Hadisə yerinə baxış keçirərkən polis əməkdaşları xanımın üzərindən və avtomobildən heç bir sənəd tapmayıblar".

Xatırladaq ki, qəza Binəqədi rayonunun C.Xəndan küçəsində baş verib. Xanım sürücü ''Nissan'' markalı avtomobili ilə Malik Məmmədovun idarə etdiyi "İveco" markalı (6 saylı xətt avtobusu) avtobusla toqquşub.

DİGƏR XƏBƏRLƏR

Top