Roma Papası İraqda Sistani ilə görüşdü


Katoliklerin dini lideri Papa Fransisk şiələrin dini lideri Əli əs-Sistani ilə görüşüb.
Yeniavaz.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Papanın olduğu maşın karvanı Nəcəf hava limanından birbaşa Sistaninin evinə gedib. Görüşmə də elə burada baş tutub. 
Qeyd edək ki, Fransisk ötən gün Bağdadda baş nazir Mustafa əl-Kazımi və prezident Bərhəm Saleh ilə görüşüb. Bundan sonra katoliklerin dini lideri Bağdadda Səyyidətül Nəcat Kilisəsini də ziyarət edib. Onun növbəti səfəri isə İbrahim peyğəmbərin anadan olduğu Ur şəhərinə olacaq.

DİGƏR XƏBƏRLƏR

Top