Yaponiyada bir nəfər anasının meyitini 4 ay evdə gizlədib


Yaponiyada 43 yaşlı Hiromitsu Yamamoto adlı şəxs 4 ay vəfat etmiş anasının cənazəsini evdə saxlayıb. 
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, məsələ sosial xidmətlərdən olan səlahiyyətli şəxsin qadını ziyarət etmək üçün evə gəlməsindən sonra üzə çıxıb.  
Cənazənin üzərində hər hansı bir zorakılıq izi olmayıb. Qadının öz əcəli ilə öldüyü vurğulanıb. 70 yaşlı qadının ötən il noyabr ayının əvvəlində öldüyü bildirilib. 
Qeyd edək ki, Yamamoto polis tərəfindən həbs olunub. Məsələ ilə bağlı istintaq işi başladılıb.

DİGƏR XƏBƏRLƏR

Top