Türkiyənin əməliyyat keçirdiyi bölgəyə raket hücumu oldu - ölən və yaralananlar var - VİDEO


Türkiyənin Suriyada terrorçulara qarşı həyata keçirdiyi "Fırat Kalkanı" əməliyyat bölgəsinə raket atılıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, Suriyada Cerablus və Eyn əl Bab bölgələrindəki iki fərqli nöqtəyə ballistik raketlə hücum edilib. Hadisə nəticəsində 3 mülki şəxsin öldüyü və 28 nəfərin yaralandığı bildirilir. Hücumun kimlər tərəfindən edildiyi bilinmir.
Qeyd edək ki, Cerablus və Eyn əl Bab Türkiyənin terrorçulara qarşı hərbi əməliyyat keçirdiyi bölgələrdir. 

DİGƏR XƏBƏRLƏR

Top