Türkiyənin tikinti sektorunda inqilabi qərar

Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyi zəlzələlərə qarşı daha davamlı binaların inşa edilməsi və inşaat materialının yoxlanılmasında saxtakarlıqların qarşısını almaq üçün texnoloji nəzarət sistemini tətbiq etməyə başlayıb. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, betonun keyfiyyətinin yoxlanılması üçün elektron nəzarət sistemi (e-beton) tətbiq olunub. Afyon, Karaman və Düzcədə pilot olaraq başlanılan layihə bu ilin ilk rübündə ölkə üzrə bütün 81 vilayətdə məcburi hal alacaq. Yeni layihəyə əsasən, tikinti sahəsində betonun tökülməsinə başlamazdan əvvəl inşaat obyektindən alınan nümunənin içinə çip yerləşdiriləcək. Bu nümunə mobil cihaz vasitəsilə oxunularaq qəbul ediləcək və proqram sistemində qeydiyyata alınacaq. Nişanlanan bu nümunələrin hər birinin hansı materiala aid olması və materialın hansı səviyyəsindən alınması haqqında məlumatlar qeydiyyata alınacaq. Bununla da tikintidə tökülməsi planlaşdırılan həqiqi beton nümunəsinin laboratoriyaya göndərilmədən dəyişdirilməsi və ya tikinti sahəsindən nümunə götürülmədən hesabatın təqdim olunması kimi saxtakarlıqların qarşısı alınacaq. Çipin yerləşdirildiyi betonun bütün təhlilləri və yoxlama mərhələləri Ankaradakı mərkəzdən on-layn izləniləcək. Bununla da vətəndaş e-dövlət vasitəsilə almaq istədiyi evin betonunun nə zaman töküldüyünü, betonda sementin az olub-olmamasını, kifayət qədər qarışdırılıb-qarışdırılmadığını və s. önəmli məsələləri öyrənə biləcək.

DİGƏR XƏBƏRLƏR

Top