Aeroport yolunda iki avtomobil toqquşub: 6 nəfər xəsarət alıb - SİYAHI


Bakının Suraxanı rayonunda ağır yol qəzası baş verib.

Hadisə aeroport şossesində baş verib.

Belə ki, şossedə iki minik avtomobili toqquşub. Qəza nəticəsində 1992-ci il təvəllüdlü Mədinə Nəsirova, 1995-ci il təvəllüdlü Elvin Məmmədov, 1980-ci il təvəllüdlü Vəfa Əliyeva, 1986-ci il təvəllüdlü Elvin İsmayılov, 1985-ci il təvəllüdlü İlham Şükürov və 16 yaşlı Elgün Məmmədov müxtəlif bədən xəsarətləri alıb.

Onlar xəstəxanaya yerləşdirilib. Yaralılardan 4-nün vəziyyəti ağırdır.

Fakt Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırılır.//apa

DİGƏR XƏBƏRLƏR

Top