Mingəçevirdə 10-cu sinif şagirdi itkin düşüb


Dünən günorta saatlarında Mingəçevir şəhər 9 saylı orta məktəbin 10-cu sinif şagirdi, 2004-cü il təvəllüdlü Abbasov Ruslan Məhərrəm oğlu yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Yeniavaz.com xəbər verir ki, hadisə ilə bağlı Mingəçevir  Polis Şöbəsinə məlumat verilib.
R. Abbasovun atası Məhərrəm Abbasovun verdiyi məlumata görə, oğlu dünən M.Ə.Sabir küçəsi 6 ünvanında yaşadıqları  evdən məişət tullantılarını atmaq məqsədilə çıxıb. Bu zaman nə mobil telefonunu, nə də daim istifadə etdiyi eynəyi belə götürməyib. Əynində qara şalvar və qara-qırmızı zolaqlı kofta olub. 
Esmira Hidayətova, Mingəçevir.

 

DİGƏR XƏBƏRLƏR

Top