Erməni ekspert: “Müharibədən sonra bütün təhlükəsizlik sistemimiz iflic vəziyyətdədir”


Erməni hərbi ekspert Karen Vrtanesyan 44 günlük müharibədən sonra ordu və digər təhlükəsizlik sistemlərinin məhv olduğunu bildirib.
Yeniavaz.com
“Sputnik Armenia”ya istinadla xəbər verir ki, Vrtanesyan açıqlamasında Ermənistan ordusunun düşdüyü ağır vəziyyətdən danışıb. O bildirib ki, ordunu əvvəlki halına qaytarmaq üçün milyardlarla dollar lazımdır:
“Ümumiyyətlə, bütün təhlükəsizlik sistemimiz iflic vəziyyətindədir. Müdafiə Nazirliyi, Təhlükəsizlik xidmətləri və sair. 44 günlük müharibədən sonra təhlükəsizlik sistemimiz və ordumuz bütün risklərlə birlikdə davam etmək məcburiyyətində qaldı. Ermənistan ordusunu əvvəlki vəziyyətə gətirmək üçün lazım olan məbləğ 3 milyard dollardır”.



 

DİGƏR XƏBƏRLƏR

Top