Gəncədə mikroavtobusla minik maşını ilə toqquşması nəticəsində xəsarət alanların adları məlum olub.
Xəsarət alanlar 1974-cü il təvəllüdlü Akif Hüseynov, 1978-ci il təvəllüdlü Nail İsgəndərov, 1985-ci il təvəllüdlü Vasif Məsimov, 2004-cü il təvəllüdlü Ayxan Əliyev və 1985-ci il təvəllüdlü Fatimə Zeynalovadır.
Xəstələrin vəziyyətinin orta-ağır olduğu bildirilir.
Xəstələrin sayının artması gözlənilir. Minik maşının sürücüsü, 1978-ci il təvəllüdlü Nail İsgəndərovun sərxoş olduğu bildirilir. (apa)
*19:54
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Nəriman Nərimanov prospektində mikroavtobus "Chevrolet"lə markalı avtomobillə toqquşub.
Məlumat üçün deyək ki, FHN-nin xilasediciləri hadisə yerindədir.
Avtobus sürücüsünün vəziyyəti ağırdır.
Hadisə nəticəsində yaralıların olduğu bildirilir.