Oğlu şəhid olan xalq artisti: “Nazir balaları Londonda, Avropada, amma torpağı...” - VİDEO


Oğlu şəhid olan xalq artisti Əli Nur yaşadıqları  ətin vəziyyətdən şikayət edib.
Yeniavaz.com
xəbər verir ki, Əli Nur 40 ildir heç bir şəraiti olmayan evdə yaşadığını bildirib:
 “25 ilin zabiti neft ölkəsində, qaz ölkəsində, milyardlar ölkəsində kirayədə yaşayırdı. Nəyə görə o kirayədə yaşamalı idi?! Mən 40 ildir gör harada, bir mağarada yaşayıram. Bir gecədə 10 nəfər yatır burada. Mən bunu qəbul eləyə bilmirəm. Bəs o məmur, nazir, icra başçılarının balaları, millət vəkillərinin balaları haradadırlar? Londonda, Amerikada, Avropada... Azərbaycanın var-dövləti onlardadır, amma torpağı xilas eləmək, düşməndən təmizləmək Rövşən kimi oğullara qalmışdı?!”

DİGƏR XƏBƏRLƏR

Top