Magistraturada açılması nəzərdə tutulan yeni ixtisasların ADLARI


Azərbaycanda magistraturada açılması nəzərdə tutulan yeni ixtisasların adları açıqlanıb. 

Təhsil Nazirliyinin şöbə müdiri Nicat Məmmədli bildirib ki, bunlardan Bakı Dövlət Universitetində İsrailin Texnologiya İnstitutu ilə birgə işlənib hazırlanmış kompüter elmləri və texnologiyaları ixtisasıdır: “Digər ixtisaslar Azərbaycan İqtisad Universitetində elektron kommersiya ixtisaslaşması, Azərbaycan Dövlət Pedaqoji Universitetində təlim və tədrisin təşkili və metodikası, Memarlıq və İnşaat Universitetində Dayanıqlı şəhərsalma və region planlaşdırması, Azərbaycan Texniki Universitetinin logistika və nəqliyyat, Bakı Mühəndislik Universitetində Kibertəhlükəsizlik üzrə ixtisaslardır. Müasir dünyanın yeni trendlərindən olan süni intellekt üzrə ixtisasın isə Neft və Sənaye Universitetində açılması nəzərdə tutulub. Bunlar müasir dünya üçün çox vacib məsələdir. Nəzərə alaq ki, artıq işğaldan azad olunmuş ərazilər bizim üçün tamamilə yeni imkanlar yaradır, bu ixtisaslar bizim üçün həyati əhəmiyyət kəsb edən məsələlərdir”. 

DİGƏR XƏBƏRLƏR

Top